Dünya

Türkiyədə illik inflyasiya 47%-ə enib

Türkiyədə illik inflyasiya 47%-ə enibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə illik inflyasiya yenidən azalıb.

“APA-Economics” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin noyabr ayında illik inflyasiya 47.09% təşkil edib. Oktyabr ayında bu rəqəm 48.58% təşkil etmişdi. Noyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 2.24%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 42.91% artıb.

Qeyd edək ki, əvvəlki ilin noyabr ayına nisbətən ən az artım göstərən əsas qrup 26.24%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 92.49%-lə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi – 75.45%-lə may ayında qeydə alınıb.