Ölkə

Bu ərazilərdə işıq KƏSİLƏCƏK

Bu ərazilərdə işıq KƏSİLƏCƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çeşməbasar” yarımstansiyasından qidalanan 35/10 kilovoltluq “Əbrəqunus” hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən 7Times.az -a bildirilib ki, ona görə də dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.