İdman

Messi ən çox nifrət etdiyi futbolçunun adını açıqladı

Messi ən çox nifrət etdiyi futbolçunun adını açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi argentinalı futbolçu Lionel Messi futbol meydançasında onu ən çox əsəbləşdirən futbolçunun adını çəkib.

Fanat.Az xəbər verir ki, “Give me Sport” “Qızıl top”un səkkizqat qalibinin fikirlərini belə təqdim edib:

“Bu, Serxio Ramosdur. Onunla çoxlu toqquşmalarımız oldu, neçə dəfə mübahisə etdim… Ramos məni ən çox qəzəbləndirən, nifrət etdiyim oyunçudur. Bəli, biz komanda yoldaşı idik, amma əvvəllər “El Klasiko”da həmişə üz-üzə gəlirdik. Gərgin matçlar idi”.

Xatırladaq ki, Messi ilə Ramos Fransanın PSJ klubunda iki mövsüm birlikdə çıxış ediblər.