“Gürcülərin əksəriyyəti öz ölkələrinin Avropa yolunda davam etməsini istəyir. Onlar Avropanı ürəklərində daşıyırlar, səsləri avropapərəst etirazlardır. Amma hakim “Gürcü Arzusu” partiyasının başında duranlar onlara hədə-qorxu, zorakılıq və su şırnaqları ilə cavab verirlər”.
7Times.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalina Berbok bildirib.
Onun sözlərinə görə, “Gürcü arzusu” anti-Avropa dönüşü ilə Gürcüstanın Aİ-yə daxil olması prosesini bilərəkdən dayandırdı.
“Gürcü Arzusu”nun getdikcə artan avtoritar siyasətinə görə, biz Aİ-də Gürcüstanın üzvlük prosesinin rəsmi dayandırılmasını da müzakirə etməliyik” – deyə, nazir vurğulayıb.
Berbok əlavə edib ki, eyni zamanda, Aİ tərəfdaşları ilə birlikdə gələcək tədbirləri də müzakirə edirlər: “Bura Gürcüstan rəsmiləri üçün viza güzəştlərinin ləğvindən tutmuş məqsədyönlü sanksiyalara qədər bir çox tədbirlər daxildir”.
“AzPolitika.info”
Follow @7timesaz