“Qarabağ”ın hücumçusu Olavio Juninyo “Sevilya”ya keçməkdən imtina etməsi iddia olunur.
Bu barədə uol.com məlumat yayıb.
Saytın xəbərinə görə, o, Braziliyadan “Flamenqo” ilə anlaşıb.
Bildirilib ki, Juninyonu “Flmaneqo”ya keçməyə komandanın məşhur məşqçisi, uzun illər “Atletiko”da (Madrid) çıxış etmiş Felipe Luis razı salıb.
Braziliyalılar öz həmyerliləri olan forvard üçün “Qarabağ”a 5 milyon avro ödəyəcək.Juninyo isə “Sevilya”nın təklif etdiyindən 3 dəfə çox maaş alacaq.
Redaksiyamız bu informasiya ətrafında araşdırma aparıb. Saytımıza məlum olub ki, “sambaçı“ həqiqətən fikrini dəyişib.
29 yaşlı qolçu dünən İspaniya nəhənginin nümayəndələri ilə son telefon görüşməsində La Liqada oynamaq niyyətindən daşındığını bildirib.
Cənubi amerikalı legioner ölkəsinə qayıtmaq istədiyini söyləyib.
SPORTİNFO.AZ
Follow @7timesaz