Bu gün Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək !” devizi altında tədbir keçirilmişdir.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Samir Məcidovun da iştirak etdiyi tədbirdə müasir dövrdə cəmiyyətin ən böyük bəlasına çevrilən narkomaniya haqqında şagirdlərə ətraflı məlumat verilmiş və maarifləndirmə işi aparılmışdır.
Sonda isə mövzuya həsr olunmuş qısametrajlı filmə baxılmışdır.