Dünya

Orban Rusiyanı sanksiyalardan xilas edə bilməyəcək – Çünki Donald Tramp bunu istəmir…

Orban Rusiyanı sanksiyalardan xilas edə bilməyəcək – Çünki Donald Tramp bunu istəmir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Macarıstan çətin ki, Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılmasına mane olsun, çünki ABŞ-nin yeni administrasiyası sanksiyaların qüvvədə saxlanmasının tərəfdarı kimi görünür”.

7Times.az  xəbər verir ki, bu barədə “Azad Avropa” radiosu məlumat yayıb.

Mövcud qaydalara görə, əvvəllər tətbiq edilmiş iqtisadi sanksiyalar altı aydan bir və Avropa İttifaqının (Aİ) bütün 27 ölkəsinin konsensusu ilə uzadılmalıdır. Yanvarın 31-dək sanksiyaların növbəti dəfə uzadılması ilə bağlı qərar qəbul edilməlidir.

Macarıstanın Baş naziri Viktor Orban özünün müttəfiqi adlandırdığı ABŞ Prezidenti Donald Tramp vəzifəyə gələnə qədər sanksiyaları uzatmaqdan imtina edib. O, sanksiyalar rejiminin yumşaldılmasının tərəfdarıdır.

Tramp bir gün əvvəl vəzifəsinin icrasına başladıqdan sonra Rusiyaya qarşı sanksiyaları yaxın gələcəkdə ləğv etmək niyyətində olmadığını açıq şəkildə bildirib. Jurnalistlərin Ukraynada sülh razılaşması əldə olunana qədər sanksiyaların qüvvədə olub-olmaması ilə bağlı sualına Tramp deyib ki, o, Rusiya mallarına “tariflər” haqqında danışmağa üstünlük verir. Əvvəllər o, xüsusilə BRİKS ölkələrindən idxala rüsumların tətbiqi niyyətindən danışıb. Eyni zamanda Tramp qeyd edib ki, onun əvvəlki administrasiyası İrana qarşı effektiv sanksiyalar tətbiq edib. Beləliklə, o, Rusiyaya qarşı sanksiyalar siyasətinin saxlanması və ya sərtləşdirilməsi zərurətini birbaşa rədd etməyib.

Qərb ölkələri Rusiyaya qarşı, xüsusən də onun Ukraynaya təcavüzündən sonra iqtisadiyyatın müxtəlif sahələrinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, minlərlə hüquqi və fiziki şəxs sanksiyalara məruz qalıb. Rusiya neft treyderlərinə və neft istehsalçılarına təsir edən ən genişmiqyaslı sanksiya paketlərindən biri ABŞ-də hakimiyyət dəyişikliyindən bir neçə gün əvvəl Co Bayden administrasiyası tərəfindən qəbul edilib.

“AzPolitika”