İdman

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb  Türkiyə klublarının rəqibləri bəlli olub

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb – Türkiyə klublarının rəqibləri bəlli olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Belə ki, Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

Türkiyə təmsilçilərindən “Fənərbağça” Belçikanın “Anderlext” kollektivi ilə üz-üzə gələcək. “Qalatasaray” isə Niderlandın AZ klubunun müqavimətini qırmağa çalışacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi

“Tvente” (Niderland) – “Budyo Qlimt” (Norveç)
“Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)
“Yunion” (Belçika) – “Ayaks” (Niderland)
PAOK (Yunanıstan) – FCSB (Rumıniya)
AZ (Niderland) – “Qalatasaray” (Türkiyə)
“Midtyullann” (Danimarka) – “Real Sosyedad” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)

Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.

“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar.