“Milan” “Çelsi”nin oyunçusunu heyətinə cəlb etmək istəyi.
Offsideplus.az xəbər verir ki, “rossonerilər” “zadəganlar”dan Joao Feliksi komandaya gətirmək niyyətindədir.
Bu barədə Di Marzio məlumat yayıb.
İtaliya nəhəngi futbolçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, 25 yaşlı portuqaliyalı 2024/25 mövsümündə London klubunun forması ilə 20 oyuna çıxıb və 7 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Follow @7timesaz