“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 24-cü turunda “Arsenal”a uduzduqları oyunu şərh edib.
7Times.az xəbər verir ki, BBC prinsipial rəqibinə 1:5 hesabı ilə məğlub olan ispan çalışdırıcısının dediklərini belə çatdırıb:
“Sadəcə son 25 dəqiqə üçün üzgünəm. Çünki nə etməli olduğumuzu, 65-70 dəqiqə ərzində nə etməli olduğumuzu unutmuşduq.
Matçın başlanğıcı çətin oldu, amma 10-15 dəqiqədən sonra məncə, özümüzü toparladıq və çox yaxşı oynadıq. Sonra “rikoşet” və üçüncü qol oldu. Bundan sonra müdafiədə səbirli olsaq da, hesab 3:1-dirsə və rəqib rahat oynayırsa, sənin işin çətinləşir. Son 15-20 dəqiqəyə təəssüflənirəm, əks halda bizim tərəfdən çox yaxşı matç oldu”.
“Mançester Siti” bu məğlubiyyətdən sonra liqanın ilk “dördlüy”ündə qalsa da, lider “Liverpul”dan 15 xal geri düşüb.
Fanat.Az
Follow @7timesaz