İdman

“Mançester Siti”dən 212 milyonluq xərc: “Çelsi”yə çata bilmədi

“Mançester Siti”dən 212 milyonluq xərc: “Çelsi”yə çata bilmədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qış transfer pəncərəsində “Mançester Siti” yeni oyunçuların alınmasına 212 milyon avro xərcləyib.

7Times.az xəbər verir ki, bu da sözügedən dövr tarixində ikinci ən yüksək məbləğdir. Başa çatan qış transfer dövründə İngiltərə klubu 4 transfer həyata keçirib. “Şəhərlilər” mərkəz müdafiəçiləri Vitor Reysi 37, Abdukodir Xusanovu 40, yarımmüdafiəçi Niko Qonzalesi 60, hücümuçu Ömər Marmuşu isə 75 milyon avroya avroya alıb. Nəticədə “Siti” tarixinin ən bahalı qış transfer pəncərəsini keçirib.

Ümumilkdə qışda daha çox xərcləyən klub “Çelsi”dir. London klubu 2023-cü ildə yeni transferlər üçün 330 milyon avro ödəyib. Üçüncü sırada sözügedən dövrdə 147 milyon avro xərcə düşən “Barselona” qərarlaşıb.

Publika.az