10 fevral 2025-ci il tarixdə “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin rəisi Vüqar Kazımov, İdarənin məsul şəxsləri, həmçinin “Azərişıq” ASC-nin Xaçmaz RETSİ-nin Quba Elektrik şəbəkəsinin rəhbəri və kollektivi tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüşdür.