Dünya

“Barselona” 100 milyonluq hücumçunu almaq üçün bu planı qurdu

“Barselona” 100 milyonluq hücumçunu almaq üçün bu planı qurdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” “Nyukasl”ın hücumçusu Aleksandr İsakın transferində maraqlıdır.

7Times.az  xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub 25 yaşlı futbolçunun komandaya cəlb etmək üçün bəzi futbolçulardan yaxa qurtarmaq qərarına gəlib. Bunlar müdafiəçilər Ronald Arauxo, Andreas Kristensen, yarımmüdafiəçi Pablo Torre və hücumçular Ansu Fati ilə Ferran Torresdir. Onların satışı “Barsa”ya keçidi 100 milyon avrodan çox başa gələ biləcək İsakı heyətə qatmağa kömək edəcək.

Qeyd edək ki, bu mövsüm Aleksander İsak klub səviyyəsində 28 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.

Publika.az