İspaniya La Liqasında fevral ayının ən yaxşı məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu, “Barselona”nın çalışdırıcısı Hans-Diter Flikdir.
60 yaşlı alman mütəxəssis səsvermədə Xose Bordalas (“Xetafe”) və Karlos Korberanı (“Valensiya”) qabaqlayaraq ən yaxşı adına layiq görülüb.
Kataloniya təmsilçisi bu ay çıxdığı 4 oyununun hamısında qələbə qazanıb.
“Barselona” bu ay 4 oyunda 4 qələbə qazanıb. Komanda La Liqada 54 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Follow @7timesaz