“Qalatasaray”ın baş məşqçisi Okan Buruk fevralın 24-də “Fənərbağça” ilə oyunda yaşanan hadisədən danışıb.
Offsideplus.az xəbər verir ki, türk çalışdırıcı matçın start fitindən öncə “Fənərbağça”lı həmkarı Joze Mourinyo ilə görüşməsinə görə təəssüfləndiyini bildirib.
Okan Buruk bundan ötrü “Fənərbağça”nın ehtiyat oyunçular skamyasına qədər gedərək, portuqaliyalı mütəxəssisə əl uzadıb. Ancaq “Cim Bom”un baş məşqçisi ilə soyuq salamlaşan Mourinyo ayağa qalxmağa belə lüzum görməyib. Onun köməkçisi isə Okan Burukun üzünə də baxmayıb.
Bu xoşagəlməz səhnə “Qalatasaray”ın çalışdırıcısını məyus edib. O, yaxın çevrəsinin əhatəsində olarkən, “Kaş Mourinyonun əlini sıxmazdım… Məyus oldum. Onun mənim haqqımda söylədikləri məni pərişan etdi” sözlərini deyib.
Xatırladaq ki, İstanbul derbisi qolsuz heç-heçə ilə nəticələnib.
Follow @7timesaz