Ölkə

1-ci Liqada pley-off oyununun vaxtı bilindi

1-ci Liqada pley-off oyununun vaxtı bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan I Liqasında pley-off oyununun vaxtı bəlli olub.

7Times.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 2025/2026 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş “Difai” ilə II Liqada 4-cü olmuş “Hypers Quba” üz-üzə gələcəklər.

Qarşılaşma mayın 28-də, saat 16:00-da “ASCO Arena”da keçiriləcək.

Bununla əlaqədar mayın 26-da, saat 11:00-da AFFA-nın inzibati binasında görüş baş tutacaq. Tədbirdə oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

Qeyd edək ki, 2025/2026 mövsümündə II liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcək.

Fanat.Az