Azərbaycanlı şahmatçı ənənəvi Tata Steel şahmat turnirində iştirak etməməsinə aydınlıq gətirib.
7times.az xəbər verir ki, “Facebook” hesabından etdiyi paylaşımında koronavirusa yoluxduğu üçün təşkilatçılara bu dəfə onu başqa şahmatçı ilə əvəz etmələrini istədiyini bildirib:
“Tata Steel Şahmat Turnirində əvəz olunmamla bağlı aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVID-19-a yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım.
Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm, amma buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Yerun Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim.
Ümidvaram ki, hələ də Tata Steel Şahmat Turnirinin növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarım ilə sevindirmək imkanım olacaq.
Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm.
Hamınız xoşbəxt və sağlam olun!”
Follow @7timesaz