Ölkə

60 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

60 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda talama cinayəti baş verib.

“7Times.az” xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.