Ölkə

Sabah Sumqayıtda 45 min abonentin qazı kəsiləcək

Sabah Sumqayıtda 45 min abonentin qazı kəsiləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Sumqayıt şəhərində 45 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 3-də saat 10:00-dan etibarən bir sıra abonentlərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bildirilib ki, qoşulma işləri ilə bağlı Şəhər-1 xəttində 30 min abonentin, Şəhər-3 xəttində isə 15 min abonentin qaz verilişi işlər tamamlananadək məhdudlaşdırılacaq.