Dünya

“İranın nüvə obyektlərini 24 saatda məhv etdik”  Rubio

“İranın nüvə obyektlərini 24 saatda məhv etdik” – Rubiobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio Tramp administrasiyasının iyun ayında İrana qarşı həyata keçirdiyi əməliyyatla bağlı açıqlama verib.

Dövlət katibi bu əməliyyatın sürətli və məqsədyönlü olduğunu vurğulayaraq, “Biz İranın nüvə obyektlərini 24 saat ərzində məhv etdik və evə qayıtdıq!” – deyə, bildirib.

O, əməliyyatın İranın nüvə proqramına qarşı əvvəlcədən planlaşdırılmış dəqiq bir kampaniya olduğunu və uzunmüddətli müharibəyə ehtiyac olmadığını qeyd edib.

“Biz onların nə etdiyini və obyektlərin harada yerləşdiyini çoxdan bilirdik”, – deyə, Rubio əlavə edib.