Ölkə

Elnur Rzayev Nərəcan kəndində sakinlərlə görüş keçirib – FOTOLAR

Elnur Rzayev Nərəcan kəndində sakinlərlə görüş keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində növbəti səyyar qəbul keçirib. Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba, Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi və mavi yanacaq olan ərazilərdə qazın təzyiqinin mövsümə uyğun tənzimlənməsi ilə bağlı müraciətlər səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.