Ombudsman Səbinə Əliyevanın səlahiyyət müddəti bitir. Yeni Ombudsman seçiləcək.
7Times.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçirilən iclasının gündəliyinə salınıb.
İclasın gündəliyində bir məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi daxil edilib.
Qeyd edək ki, Səbinə Əliyeva 2019-cu il noyabrın 29-da Ombudsman seçilib. Qanuna əsasən, Müvəkkil 7 il müddətinə vəzifəyə seçilir. Onun səlahiyyət müddəti bu ilin noyabrında başa çatır
Follow @7timesaz


