Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 702 milyon manat vəsait daxil olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 %, proqnozdan isə 11,2 % çoxdur.
I rübdə vergi daxilolmaları dövlət büdcəsi gəlirlərinin 49 %-ni təşkil edib.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.
Follow @7timesaz


