Ölkə

Məhkəmə deputatın jurnalistə qarşı xüsusi ittiham şikayətini təmin etmədi

Məhkəmə deputatın jurnalistə qarşı xüsusi ittiham şikayətini təmin etmədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün millət vəkili Əlibala Məhərrəmzadə tərəfindən “7Times.az” saytının təsisçisi və baş redaktoru Cəlal Fərzəliyevə qarşı verilmiş xüsusi ittiham qaydasında şikayətlə bağlı Xaçmaz Rayon Məhkəməsində ikinci hazırlıq iclası keçirilib.

Hakim Samir Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında işin məhkəmə baxışına götürülməsindən imtina olunub.

Qeyd edək ki, deputatın məhkəməyə müraciətinə səbəb informasiya agentliyində ötən ilin mart ayında və bu ilin aprel ayında deputata və onun qardaşına məxsus olduğu bildirilən şirkətlər tərəfindən Quba rayonu ərazisində aparılan qanunsuz tikintilərlə bağlı reportajların yayımlanması olub.

Əlibala Məhərrəmzadə şərəf və ləyaqətinin alçaldıldığını iddia edərək xüsusi ittiham qaydasında şikayət verib və cavabdehin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan əməli törətdiyini bildirmişdi.