Dünya

İran Hörmüz boğazına nəzarəti gücləndirir – “Reuters”

İran Hörmüz boğazına nəzarəti gücləndirir – “Reuters”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Reuters” agentliyi yazıb ki, Hörmüz boğazında nəqliyyatın hərəkəti faktiki olaraq dayanıb.

Agentliyin məlumatına görə, ABŞ prezidenti Donald Trampın hücumların qeyri-müəyyən müddətə dayandırıldığını elan etməsindən sonra İran Hörmüz boğazında iki gəmini ələ keçirərək bu strateji əhəmiyyətli su yoluna nəzarəti gücləndirib və sülh danışıqlarının bərpa olunmasına dair heç bir əlamət yoxdur.

Bu arada, ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bildirir ki, ABŞ qüvvələri İranın dəniz blokadasının başlanğıcından bəri İran limanlarına gedən və ya ölkə sahillərindən çıxmağa çalışan 31 gəmini geri qaytarıb.