Dünya

“Ukrayna Aİ-nin yeni yardım paketi çərçivəsində ilk tranşı almağa ümid edir” – Zelenski

“Ukrayna Aİ-nin yeni yardım paketi çərçivəsində ilk tranşı almağa ümid edir” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropa İttifaqının 90 milyard avro məbləğində dəstək paketi çərçivəsində maliyyə yardımının ilk tranşını may-iyun aylarında almağa ümid edir.

“7Times.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində yazıb.

“Aİ-nin Ukraynaya dəstək üçün 2 illik 90 milyard avro kredit blokdan çıxarılıb. Vəsait silah istehsalına, hələlik Ukraynada istehsal etmədiyimiz zəruri silahların tərəfdaşlardan alınmasına, enerji sektorumuzun və kritik infrastrukturun növbəti qışa hazırlanmasına yönəldiləcək”, – o yazıb.

Zelenski əlavə edib ki, Aİ-nin Kiprdə keçirilən qeyri-rəsmi sammitində Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi ilə bağlı növbəti addımlar da müzakirə olunur. “20-ci paket blokdan çıxarılıb və onun ardınca digər sanksiyalar da tətbiq olunmalıdır”, – o vurğulayıb.

Bundan başqa, prezident pilotsuz uçuş aparatları sahəsində sövdələşmələr daxil olmaqla, tərəfdaşlarla yeni əməkdaşlıq formatının inkişafına diqqət çəkib. “Bu format artıq Yaxın Şərqdə və Fars körfəzi ölkələrində öz effektivliyini sübut edib. Biz yalnız birgə səylərlə əhəmiyyətli gücə nail ola bilərik və Avropa belə bir gücə layiqdir”, – o əlavə edib.