Dünya

“İranlıların birliyi ABŞ-ni sarsıdıb” – Müctəba Xamenei

“İranlıların birliyi ABŞ-ni sarsıdıb” – Müctəba Xameneibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlılar arasındakı həmrəylik ABŞ-ni sarsıdıb. Bunu İranın ali rəhbəri Müctəba Xamenei “X” sosial şəbəkə hesabında yazıb.

“Həmvətənlər arasında yaranmış heyrətamiz birlik nəticəsində düşməndə sarsıntı əmələ gəlib”, – o bildirib və əlavə edib ki, xalqın birliyi daha da möhkəmlənəcək.

M. Xameneinin sözlərinə görə, ABŞ-nin informasiya savaşı iranlıların milli ruhunu hədəf alıb və həmrəyliyə xələl gətirmək məqsədi daşıyır.

Qeyd edək ki, aprelin 23-də İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei də oxşar motivli paylaşımlar ediblər. (report)