Ölkə

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin I rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin I rübünün yekunu ilə müqayisədə 7,3 %, fevralın sonuna nisbətən isə 0,3 % çox olub.

7Times.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük “Pul Siyasəti İcmalı”nda bildirilir.

Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,1 %, təkrar mənzil bazarında isə 8,1 % artıb. Ümumi qiymət artımı da 8,1 % təşkil edib.