Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini 10-15 ildən sonra hansı vəziyyətdə gördüyü barədə sualı cavablandırıb.
“AzPolitika”nın erməni KİV-inə istinadən verdiyi məlumata görə, Nikol Paşinyan bu mövzuya mayın 22-də keçirdiyi brifinqdə jurnalistin sualını cavablandırarkən toxunub.
“Mən sülh şəraitində yaşayan, suveren bir Ermənistan təsəvvür edirəm. Azərbaycanla imzalanmış və ratifikasiya olunmuş sülh sazişi, tamamlanmış sərhəd demarkasiyası və açılmış yollar görürəm.
15 ildən sonra ümumi daxili məhsulumuzun real ifadədə ən azı iki dəfə artacağını düşünürəm. Başqa sözlə, biz demokratik, azad, müstəqil, çiçəklənən və şərti olaraq “dünyanın kəsişməsi” (sülhün kəsişməsi) olan bir dövlət olacağıq”, — deyə Paşinyan bildirib.
Follow @7timesaz


