Ölkə

Xaçmazda “Heydər Əliyev və müstəqil Azərbaycan: Dövlətçilik irsinin təntənəsi” adlı konfrans keçirilib – FOTOLAR

Xaçmazda “Heydər Əliyev və müstəqil Azərbaycan: Dövlətçilik irsinin təntənəsi” adlı konfrans keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 28 May – Müstəqillik Günü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan: Dövlətçilik irsinin təntənəsi” adlı konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev geniş məruzə ilə çıxış edərək müstəqilliyimizin tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ölkəmizin tərəqqisindəki həlledici rolundan, habelə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda həyata keçirilən kompleks sosial-iqtisadi proqramlardan ətraflı bəhs edib. Bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz rayonunda həyata keçirilən abadlıq-quruculuq tədbirləri yalnız fiziki infrastrukturun yenilənməsini deyil, həm də milli memarlıq dəyərlərimizin qorunub saxlanılmasını, şəhərsalma mədəniyyətimizin inkişafını və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov çıxışında partiyanın fəaliyyəti, gənclərin ictimai-siyasi həyatdakı iştirakı və vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, millət vəkilləri Ağalar Vəliyev və Mahir Süleymanlı və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov çıxışlarında müstəqilliyimizin qazanılması yolunda keçilən şərəfli tarixdən, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən bəhs ediblər.
Toplantıda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəalları Fəxri Fərmanla təltif olunub, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib.