Ölkə

Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” keçirilib – FOTOLAR

Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quba Rayon İcra Hakimiyyətinin, MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək – QİAD Platformasının birgə təşkilatçılığı ilə Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib, regionlarda sahibkarlığın inkişafı, rəqəmsallaşma prosesinin genişləndirilməsi və innovativ layihələrin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparıb.
Daha sonra Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində sammitin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatçı qurumların nümayəndələri, dövlət və özəl sektor təmsilçiləri, sahibkarlar, iş adamları, startap nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxış edənlər regionların iqtisadi potensialının artırılması, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, innovasiya və startap ekosisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Rəsmi açılış mərasimindən sonra iştirakçılar tərəfindən müxtəlif innovativ layihələr, texnoloji yeniliklər və yerli sahibkarların məhsullarından ibarət sərgilərə baxış keçirilib. Sərgilər iştirakçılar tərəfindən maraqla qarşılanılıb, yeni əməkdaşlıq imkanları və biznes əlaqələri ətrafında müzakirələr aparılıb.