Ölkə

ADY Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafikini açıqlayıb – CƏDVƏL

ADY Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafikini açıqlayıb – CƏDVƏLbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı – Tbilisi – Bakı qatarının hərəkət qrafikini açıqlayıb.

ADY-dən “7Times.az”a verilən məlumata görə, qatar Bakıdan mayın 25-dən etibarən hər gün saat 23:10-da, Tbilisidən isə mayın 26-dan etibarən hər gün 21:00-da yola düşəcək.

Səyahət müddəti sərhəd-gömrük baxışları daxil olmaqla təxminən 9 saat 30 dəqiqə davam edir.

Qatar Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Qardabani və Tbilisi stansiyalarında dayanacaq.