Dünya

“Böyük qardaş” bütün şirəni çəkib çıxaracaq – ZAXAROVA NƏYƏ İŞARƏ EDİR?

“Böyük qardaş” bütün şirəni çəkib çıxaracaq – ZAXAROVA NƏYƏ İŞARƏ EDİR?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri avrointeqrasiya vədləri ilə şirnikləndirməklə görünməmiş miqyasda fırıldaqçılıqla məşğul olur, daha sonra isə onların bütün şirəsini çəkib çıxaracaq və taleyin ümidinə buraxacaq.

“7Times.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının (Aİ) hərbi mükəlləfiyyətli ukraynalı qaçqınların girişini bağlamaq niyyəti barədə məlumatları şərh edərkən bildirib.

“Qərbi Avropa inteqrasiya proseslərinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, kritik məqamda onlar, məhz uzunmüddətli bonuslar – müdafiə, çətin anda dəstək və məsuliyyət qazanmaq naminə qoşulduğunuz və ya suverenliyinizin bir hissəsindən imtina etdiyiniz zaman belə, sizə gözlədiyiniz dəstəyi verməkdən imtina edəcəklər. Lakin bu təsisatlar sizə bunu heç vaxt verməyəcək. Buna dair saysız-hesabsız nümunələr var”, — deyə Zaxarova vurğulayıb.

O qeyd edib ki, seçkilərə müdaxilə etmək və öz namizədlərini irəli sürmək məsuliyyət və himayədarlıq nümayişi deyil.

“Onlar bunu həmin ölkələr üçün deyil, özləri üçün edirlər”, — deyə XİN-in rəsmi nümayəndəsi bildirib.

“Daxili işlərə müdaxiləyə icazə verdikdə, suverenliyinin bir hissəsini qurban verirsən, bəs nəyin naminə? Protektorat (himayə), yoxsa “böyük qardaş”ın dəstəyi üçün? Bax, məhz o dəstək olmayacaq. “Böyük qardaş” bütün şirəni çəkib çıxaracaq, nadir torpaq metallarını, qara torpağı əlinizdən alacaq, sizi ən ağır kreditlərin asılılığına salacaq, vəziyyətinizin lap pis olduğunu dediyiniz zaman isə həll edəcəyinə söz verdiyi həmin problemi başınızdan aşağı tökəcək”.

Zaxarova nə qədər səmimidir?

Siyasətdə birtərəfli ittihamlar çox vaxt güzgüdəki əksə bənzəyir və Rusiyanın Qərbə yönəltdiyi bu tənqidlər onun özünün xarici siyasət xətti ilə kəskin təzad təşkil edir. Moskva Qərbi suverenliyə müdaxilədə və ölkələri istismar etməkdə təqsirləndirsə də, özü də postsovet məkanında və onun hüdudlarından kənarda analoji üsullardan – iqtisadi asılılıq rıçaqlarından, daxili siyasi proseslərə və seçkilərə birbaşa və ya hibrid müdaxilələrdən, həmçinin hərbi təzyiqlərdən aktiv şəkildə istifadə edir. “Böyük qardaş” rolunu tənqid edən Rusiya, reallıqda öz təsir dairəsindəki dövlətləri güzəştsiz geosiyasi və iqtisadi şərtlər qarşısında qoyaraq, öz maraqları naminə digər xalqların suveren seçimlərini və resurslarını məhdudlaşdırmaqdan çəkinmir. Bu baxımdan, Kremlin ritorikası real siyasi təcrübədən daha çox, qlobal güc mübarizəsində qarşı tərəfi gözdən salmağa hesablanmış birtərəfli təbliğat xarakteri daşıyır.

“AzPolitika.info”