Hərbi

ABŞ İranda bu hədəfləri vurub – SİYAHI

ABŞ İranda bu hədəfləri vurub – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatların 12-ci gecəsində hədəfə alınan bölgələri açıqlayıb.

Məlumata görə, əməliyyatlar zamanı Əhvaz, Buşehr, Kermanşah əyalətinin İslamabad-e Qərb şəhəri, Mahşəhr, Əndimeşk, Şələmşə, Ramşir, Cask və Sirik şəhərlərində yerləşən hərbi obyektlərə genişmiqyaslı hava və raket zərbələri endirilib.

CENTCOM bildirib ki, ABŞ qüvvələri əməliyyat çərçivəsində:

– İranın dəniz qüvvələrinə aid imkanlarını;

– Raket və pilotsuz uçuş aparatlarının saxlanma məntəqələrini;

– Sahil müşahidə postlarını və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.

Komandanlığın açıqlamasına əsasən, cari ay ərzində İranda onlarla hərbi obyekt vurulub.