“Qarabağ” klubu bu axşam UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
7Times.az xəbər verir ki, Bakıda keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında ilk görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Follow @7timesaz


