Ölkə

Ermənistana 39 vaqon buğda göndərildi

Ermənistana 39 vaqon buğda göndərildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.

7Times.az xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.