Ölkə

Elnur Rzayev asfaltlanma işləri ilə tanış olub – FOTOLAR

Elnur Rzayev asfaltlanma işləri ilə tanış olub – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq işləri uğurla davam etdirilir
Xaçmaz rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Rayon ərazisində həyata keçirilən infrastruktur layihələri çərçivəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə küçələrin asfaltlanması işləri aparılır.
Cari ildə Xaçmaz şəhərində 18, Xudat şəhərində isə 5 küçəyə asfalt örtüyü çəkilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev görülən işlərin gedişi ilə yerində maraqlanaraq, tikinti və abadlıq işlərinin vaxtında və yüksək keyfiyyətlə yekunlaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.