Ölkə

Hərbi xidmətə yararlı olub-olmadığınızı süni intellektin köməyi ilə bilinəcək

Hərbi xidmətə yararlı olub-olmadığınızı süni intellektin köməyi ilə bilinəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı süni intellektə əsaslanan qərar-dəstək sistemindən istifadə nəzərdə tutulur.

7Times.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, sistem laborator və digər diaqnostik müayinələrin nəticələrini avtomatik təhlil edəcək. Göstəricilər normativlərlə müqayisə olunacaq, həmçinin bir neçə göstəricinin birgə təhlili aparılaraq ayrı-ayrılıqda nəzərdən qaça biləcək risklər müəyyənləşdiriləcək.

Süni intellekt yekun tibbi rəy verməyəcək. Sistem mümkün riskləri və normadan kənarlaşmaları həkim-ekspertin diqqətinə çatdıracaq. Hərbi xidmətə yararlılıq barədə yekun qərarı isə hərbi-həkim komissiyası qəbul edəcək.

Hazırda sistemin tətbiqi aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Dövlət Xidmətinin məlumatına görə, çağırışla bağlı bir sıra xidmətlər artıq “MyGov” platformasında təqdim olunur. Vətəndaşlar tibbi şəhadətləndirmənin nəticələrini, çağırışdan möhlət, azad edilmə və müvəqqəti çağırılmama barədə məlumatları, eləcə də xidmət üçün təyin olunduqları qoşun növünü platformadan öyrənə bilirlər.

İlkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız forması da ləğv edilib. Bu ilin əvvəlindən 2011-ci, sentyabr ayından isə 2009 və 2010-cu il təvəllüdlü kişi vətəndaşların ilkin hərbi qeydiyyata alınması tam elektronlaşdırılıb.

Bildirişlərin göndərilməsi, qərarların qəbulu, vətəndaşların məlumatlandırılması və tələb olunan sənədlərin alınması “MyGov” üzərindən həyata keçirilir.