Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilib.
“7Times.az” xəbər verir ki,müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Müşavirədə məruzə ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin qarşısında duran prioritet istiqamətlər və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi məsələləri barədə ətraflı danışıb.
Rayon rəhbəri dövlət siyasətinin yerlərdə həyata keçirilməsi, sosial-iqtisadi inkişafın davam etdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması, əhali ilə işin səmərəli təşkili və dövlət orqanları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulanıb.



