Ölkə

Azərbaycan Özbəkistanda qızıl çıxaracaq

Azərbaycan Özbəkistanda qızıl çıxaracaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Qaşqadərya vilayətinin Kitab rayonunda Azərbaycanla birgə qızıl hasilatı layihəsinə başlanılır.

7Times.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Şavkat Mirziyoyevin oktyabrın 21-də vilayətə səfəri zamanı məlumat verilib.

Səfər çərçivəsində ümumi dəyəri 6 milyard dollardan çox olan 161 layihə təqdim olunub. Onlardan 69-u istifadəyə verilib, daha 92 obyektin tikintisinə start verilib.

Mirziyoyev bildirib ki, son beş ildə Qaşqadəryaya 20 trilyon som vəsait yönəldilib, 7 milyard dollar xarici investisiya cəlb olunub. Bu müddətdə vilayətdə adambaşına düşən gəlir üç dəfə artıb.

“2027-ci il müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadəryanın inkişaf ili olacaq”, – Özbəkistan Prezidenti vurğulayıb.