Ölkə

Benzin və dizellə işləyən avtomobillər istismardan çıxarılacaq

Benzin və dizellə işləyən avtomobillər istismardan çıxarılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli istismardan çıxarılacaq.

7Times.az xəbər verir ki, məsələ “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.

2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, müxtəlif təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin təşviq edilməsi, DYM nəqliyyat vasitələrinin daha mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılıb.