Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
“7Times.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Orxan Məmmədov bu təyinatadək Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
37 yaşlı Orxan Məmmədov buna qədər Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini olub. O, həmçinin Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, O.Məmmədov Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.



