Ermənistanda hökumət binasını ələ keçirməyə cəhd edən 5 nəfərə cinayət işi açılıb.
7times.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dünənki aksiyalarda iştirak etmiş və hökumətin binasına girməyə çalışan, dövlətin əsas binasını ələ keçirməyə cəhd edən 5 nəfər saxlanılıb. Hazırda istintaq və araşdırmalar davam etdirilir.
Follow @7timesaz