Siyasət

“Bu, mənə göstərilən böyük etimaddır” – YAP İdarə Heyətinin yeni üzvü Azər Badamov

“Bu, mənə göstərilən böyük etimaddır” – YAP İdarə Heyətinin yeni üzvü Azər Badamovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyamızın növbəti qurultayında İdarə Heyətinə üzv seçilməyimə görə, YAP-ın rəhbərliyinə, qurultay iştirakçılarına öz dərin minnətdarlığımı bildirirəm. Bu, mənə göstərilən böyük etimaddır və bu etimadı da öz fəaliyyətimlə doğrultmağa çalışacağam.

Bunu 7times.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Azər Badamov deyib.

O, qeyd edib ki, cəmi bir neçə saat öncə YAP-ın qurultayı çox işgüzar və gözəl şəkildə keçirilərək, başa çatıb.

“YAP bu imtahandan da güclənmiş şəkildə çıxdı”- Musa Quliyev – Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Əli Həsənov, Abel Məhərrəmov…YAP-ın İdarə Heyətinə seçilmədilər – YENİ İDARƏ HEYƏTİNDƏ PƏRVİN KƏRİMZADƏ, TAHİR MİRKİŞİLİ, RAMİN MƏMMƏDOV, AZƏR BADAMOV VƏ DİGƏRLƏRİ VAR.

“Qurultayımız ölkə Prezidentinin iştirakı ilə keçirildi. Çünki ölkə Prezidenti həm də partiyamızın sədridir. O, qurultayda videoformatda çox geniş, əhatəli və məzmunlu şəkildə çıxış etdi. Həm ötən dövrdə keçilən yola toxundu, həm də qarşıdakı vəzifələr, hədəflər, perspektivlərlə bağlı fikirlərini səsləndirdi. Çıxışında həm də yeni çağırışlar, yeni tələblər vardı. Bildiyiniz kimi, ölkəmizdə illərdir ki, hər bir sahədə genişmiqyaslı islahatlar prosesi aparılır.

Yeni Azərbaycan Partiyası da təbii ki, ölkənin ən güclü, bir saylı partiyası kimi, bu proseslərdə yaxından iştirak edir. Amma bununla belə, qarşıya qoyulan növbəti hədəflərə çatılmasında, yeni çağırışlara cavab verilməsində YAP daha da fəal rol almalı, ən əsası, ölkə Prezidentinin çağırışları ilə ayaqlaşmalıdır. Elə hesab edirəm ki, YAP yeni çağırışlara da zamanında cavab verəcək, qarşısına qoyulan bütün hədəflərə də çatacaq”-deyə, A. Badamov sözlərinə əlavə edib.

Qeyd edək ki, YAP-ın 20 nəfərlik İdarə Heyəti genişləndirilərək, tərkibi 40 nəfərə çatdırılıb.

Cəlal Fərzəliyev