Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
7times.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı – Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.
Kişilər
73 kq
Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib. Daha sonra rusiyalı Oleq babgoevi üstələyən Orucov yarımfinala yüksəlmək üçün erməni Karapetyanı məğlub etməlidi.
Orucov erməni idmançıya ipponla məğlub oldu.
81 kq
Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırsa da, növbəti görüşündə Vladimir Zoloevlə bacarmayıb.
Hidayət Heydərov isə ilk görüşündə Gilyerme Şmidtə (Braziliya) uduzub.
***
Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.
Follow @7timesaz