İspaniyanın “Barselona” klubunun yeni prezidenti müəyyənləşib.
7times.az xəbər verir ki, Juan Laporta böyük səs çoxluğu ilə (54.28%) “Barselona”-nın yeni prezidenti seçilib. O, 2026-ci ilə qədər kluba rəhbərlik edəcək.
Qeyd edək ki, Joan Laporta 2003-2010-cu illər ərzində də “Barcelona”-nın prezidenti olub. Kataloniya klubu, məhz onun dövründə mümkün olan bütün kubokları qazanmışdı.
Elmir Kərimli
Follow @7timesaz