Azərbaycanın “Neftçi” futbol klubu səs gətirəcək transferi yekunlaşdırmaq üzrədir.
7times.az xəbər verir ki, paytaxt klubu Yaponiyalı dünya ulduzu Keisuke Honda ilə mövsüm sonuna qədər razılığa gəlib. Məlumatı “Neftçi”nin baş məşqçisi Samir Abbasov da təsdiqləyib:
“Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə biləcək oyunçudur. O, müxtəlif mövqelərdə oynaya bilir. Demək olar ki, razılaşma əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər”.
Elmir Kərimli
Follow @7timesaz