İdman

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

Teymur Rəcəbov Aronyanla heç-heçə etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində növbəti görüşünü keçirib.

7times.az xəbər verir ki, 34 yaşlı qrossmeyster “Magnus Carlsen Invitational” adlanan yarışın 4-cü turunda Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

Ağ fiqurla oynayan Rəcəbov əvvəlki 3 qarşılaşmada olduğu kimi, bu dəfə də heç-heçəyə razılaşıb. Görüş 92-ci gedişdə sülhlə başa çatıb.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə IV turda Yorden van Forestə (Niderland) qalib gəlib.