Hadisə

Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşdü, ölənlər var – Foto+Video

Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşdü, ölənlər var – Foto+Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın Yusifcanlı kəndində minaya düşənlərin sayı 6 nəfər olub.

7times.az-ın məlumatına görə, onlardan biri artıq dünyasını dəyişib. Bu, Hüseynov Razi Akif oğludur. Hadisə zamanı Razi Hüseynovun oğlu Hüseynov Hüseyn isə yüngül xəsarət alıb.

Minaya düşənlərdən Hüseynov Bayram Akif oğlunun da həlak olduğu məlum olub.

Yaralılardan biri isə Laçın rayon sakini Abdullayev Bəhruz Nadir oğludur. O, köməyə gedərkən minaya düşüb.

18:27

Ağdam rayonunda 5 nəfər mülki şəxs piyada əleyhinə minaya düşüb.

7times.az xəbər  verir ki, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı xəsarət alan yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşdü, ölənlər var

qazfqazinfo