Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.
Bu barədə 7times.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində yerləşən yeni binada 3 otaqlı mənzil nazirliyin sosial tərəfdaşları tərəfindən şəhid ailəsinə verilib.
Bu gün mənzilin açarları şəhidin ailəsinə təqdim edilib.
Qeyd edək ki, 19 yaşlı Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Follow @7timesaz